Apple yeni layihədə iştirak edəcək

31-08-2015, 10:15
931

http://s015.radikal.ru/i331/1508/12/1e1283394a49.jpg


Apple şirkəti ABЕћ Müdafiə Nazirliyinin yüksək elastikliyə malik müxtəlif materialların strukturuna inteqrasiya edilən yeni nəsil elektronika və sensorlu texnikanın yaradılması üzrə layihəsində iştirak edəcək.

Bu barədə ABЕћ müdafiə naziri Eşton Karter bildirib.

Nazir qeyd edib ki, Pentaqon hibrid elektronika nəslinin yaradılmasına 75 milyon dollar ayıracaq.

"Pentaqon 162 şirkəti birləşdirən birgə müəssisənin - Elastik Hibrid Elektronika İnstitutunun (Flexible Hybrid Electronic Institute) iştirakçısı olacaq", - nazir vurğulayıb.

Layihədə Apple ilə yanaşı, Boeing aviaşirkəti, Harvard Universiteti və digər maraqlı qruplar iştirak edəcək.

Konsorsiumun məqsədi "ağıllı hibrid materialların" yaradılmasıdır.

Müdafiə Nazirliyinin yaxın beş ildə Elastik Hibrid Elektronika İnstitutunun layihələrinə 75 milyon dollar, özəl biznesin 90 milyon dollar, yerli hakimiyyətin 171 milyon dollar investisiya yatıracağı gözlənilir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: