Suda istifadə oluna bilən texnologiyalar

31-08-2015, 17:00
747

http://s019.radikal.ru/i624/1508/b8/7b1a062d223d.jpg


Yayda insanlar daha çox dəniz kənarında istirahətə üstünlük verirlər. Bu zaman texnologiyalardan istifadə etmək çətinləşir. Suya davamlı texnologiyalar isə bu məqamda bizə kömək edir.


Lenovo ThinkPad T440s

Lenovo ötən il "ThinkPad T440s" adlı versiyasını təqdim edib. Yeni versiyanın klaviaturası digərlərindən fərqli olaraq suya və toza davamlı materialdan hazırlanıb.

Nikon Coolpix S31

10 meqapiksel kameraya sahib olan Nikon Coolpix S31 suya davamlı olması ilə digər fotokameralardan seçilir. Bu kamera ilə istirahət zamanı suyun altında rahatlıqla şəkil və 720p HD video çəkə bilərsiniz.

Samsung Galaxy S5

Samsung Galaxy S5 smartfonu dərinliyi 1 metr suya 30 dəqiqə davam gətirə bilir.

Sony Xperia Tablet Z

Suya davamlı planşet "Sony Xperia Tablet Z" də yarım saat 1 metrdən çox dərinliyi olan suya davamlıdır.

Sony SMARTWATCH 2

Sony-dən suya davamlı daha bir texnologiya. Sony SMARTWATCH 2 vasitəsilə sadəcə saatı öyrənməyəcəksiniz. Həmçinin, SMS, elektron poçt ,hava və sosial şəbəkələrdən istifadə edə bilcəksiniz.

Sony Walkman W273S

İyulunda Sony şirkəti suya davamlı MP3 Player və Walkman W273S qulaqlığını təqdim edib. 29 qram çəkisi olan qulaqlığa 990 mahnı yükləmək mümkündür. Həmçinin qulaqlıq 2 metr dərinliyi olan suya davam gətirir.

PhotoProX

"PhotoProX" iPhone-lar üçün nəzərdə tutulan su keçirməyən örtükdür. Bu örtük vasitəsilə 10 metr dərinlikdə olan suda çəkiliş etmək mümkündür.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: