Müdafiə Nazirliyi ermənilərin növbəti yalanlarını təkzib etdi

1-09-2015, 11:00
893

http://s017.radikal.ru/i414/1509/60/574142e4a477.jpg


"Ermənistan narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir".

Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

"Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir.

Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir", - məlumatda qeyd olunub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: