Bakı-Sumqayıt sərnişin sahəsində əsaslı təmir başa çatdı – FOTO

1-09-2015, 13:00
837

http://s018.radikal.ru/i514/1509/95/50ce9b9521b2.jpg


Birləşdirici yol baş yola birləşdirildi.

Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində dəmir yolunun əsaslı təmiri başa çatmaq üzrədir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

"Hazırda son tamamlama işləri görülür. Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt sərnişin stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun qoyuluşu bu gün başa çatdı. Birləşdirici yol baş yola birləşdirildi.

Eyni zamanda Bakı-Sumqayıt xətti boyunca yerləşən stansiyalarda bəzi tamamlama işləri görülür. Sumqayıt sərnişin stansiyasının köhnə inzibati binasının söküntüsü başa çatmaq üzrədir. Köhnə binanın yerində müasir standartlara uyğun ikimərtəbəli stansiya inşa olunacaq"-deyə, QSC-dən bildirilib.

Qeyd edək ki, Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda dəmir yolunun əsaslı təmir işlərinə 3 mart 2015-ci ildə start verilib.

Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin iştirakı ilə "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

Onu da əlavə edək ki, əsaslı təmir işləri tam başa çatdıqdan sonra elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: