Uçuşun qadağan olduğu yeri göstərən mobil tətbiq yaradılır

2-09-2015, 07:00
880

http://s018.radikal.ru/i500/1509/3a/eebb053789e7.jpg


ABЕћ Federal Mülki Aviasiya İdarəsi (FAA) smartfonlar üçün pilotsuz uçan aparat (dron) sahiblərinə uçuşun icazə verildiyi və qadağan olduğu yerləri göstərəcək əlavə hazırlayır.

Proqram təminatının kvadrakopterlərdən kommersiya istifadəsi üzrə qanunvericilik aspektləri üzərində aparılan iş çərçivəsində ərsəyə gətirilməsi qərara alınıb.

iPhone smartfon modeli üçün nəzərdə tutulan əlavə "B4UFLY" adlanacaq. Hazırda əlavə beta-versiya mərhələsindədir. Final versiyasında uçuşa nəzarət sistemlərinin dronların aeroportlara yaxınlaşmasını avtomatik xəbərdar edən funksiya yer alacaq.

Fevralda FAA kommersiya dronlarından istifadə qaydasını yeniləyib. Yeni qaydalara görə, uçuşlara yalnız sutkanın işıqlı vaxtında icazə verilir, dron bilavasitə pilotun gözü qarşısında olmalıdır, eləcə də onun uçuş hündürlüyü 500 futu (152 metr) ötməməlidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: