Android 6-da gözlənilən yeni funksiyalar

2-09-2015, 09:15
1 153

http://s016.radikal.ru/i337/1509/68/8d972dad0a97.jpg


birlikdə təqdim olunacaq.

Android-in yeni versiyasında bir çox funksiyalar əlavə olunub.

Google iyun ayında keçirilən "İ/O" konfransında Android 6.0 Marshallow əməliyyat sisteminin funksiyaları haqqında ətraflı məlumat verib. Belə ki, sistemin ilkin versiyasında yeni funksiyalar aşkarlanıb.

Android 6.0 Marshallow sisteminin ən yaxşı 6 funksiyasını təqdim edirik:

Android Pay

Google Apple Pay və Samsung Pay kimi mobil ödəmə tətbiqlərinə qarşı Android Pay tətbiqini tədim edib.

Android Pay rəqiblərindən fərqli olaraq bəzi üstünlüklərə sahibdir. Belə ki, Apple və Samsung-un mobil ödəmə tətbiqlərində ancaq telefon və servis xidmətləri ilə ödəmə etmək mümkündür. Android Pay ilə isə 700 mindən çox mağazada alış-veriş etmək mümkün olacaq.

Google Now on Tap

Google Now, istifadəçinin davranışlarını və maraqlarını araşdıran və istifadəçiləri məlumatla təmin edən virtual tətbiqdir. Google Now "steroid" rejimindən istifadə edərək məlumatları əldə etmək mümkündür.

Google Now bir çox saytlarda, sizi maraqlandıran məlumatları göstərir. Məlumatın üzərinə toxunduğunuzda, musiqili videolara baxarkən həm də video sənətçisi haqqında məlumat verəcək.

Tətbiq icazələri

Android Marshmallow-da kameradan mikrofona kimi hər bir tətbiq üçün fərdi icazə veriləcək. İstifadəçi tətbiqi müəyyən bir müddət istifadə etdikdən sonra tətbiqdə icazə verdiyi bir hissəni ləğv edə biləcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: