Piyadalar üçün olan bütün küçələrdə Wi-Fi olacaq

3-09-2015, 07:00
811

http://s019.radikal.ru/i634/1509/3d/f24a54821699.jpg


Moskvada piyadalar üçün olan bütün küçələr və zonalar Wi-Fi ilə təchiz ediləcək.

Bu barədə Moskva İnformasiya Texnologiyaları Departamenti başçısının müavini Aleksandr Qorbatko məlumat verib.

O xatırladıb ki, artıq məktəblər, 140-dan çox yataqxana, paytaxt ali məktəblərinin tədris korpusları və 13 park simsiz internetlə təmin olunub. Moskvanın 21 açıq ərazisində Wi-Fi şəbəkəsinə 700-dən çox qoşulma nöqtəsi yaradılıb.

A.Qorbatko bildirib ki, Moskva hökuməti "City Wi-Fi" layihəsinin inkişafı çərçivəsində vahid avtorizasiya tətbiq edir. Bunun sayəsində bir nöqtədə qeydə alınıb başqa şəbəkələrdə Wi-Fi-ya qoşulmaq mümkün olacaq. Yerüstü dayanacaqlarda, metroda və piyadalar üçün küçələrdə olan şəbəkələr bir şəbəkəyə bağlanmalıdır. Bu şəbəkələr müxtəlif olsa da, xidmət prinsipi vahid olacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: