Bakıda zibillikdən silah-sursat tapıldı

3-09-2015, 14:00
738

http://s010.radikal.ru/i311/1509/7e/51fdc2133cfe.jpg


Silahlar polisə təhvil verilib.

Bakıda Bərk məişət tullantılarının çeşidlənməsi zavodunda qumbara hissələri, tapançalar və başqa silah-sursat növləri aşkar olunub.

"Təmiz Ећəhər" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, iş prosesi zamanı tapılan ümumilikdə 10 növ təhlükəli əşya "Təmiz Ећəhər" ASC-nin əməkdaşları tərəfindən polisə təhvil verilib.

Avqust ayında müxtəlif günlərdə aşkarlanan və polisə verilmiş silahlar və silah hissələri aşağıdakılardır:

1) 2 ədəd F1 əl qumbarasının korpusu;
2) 2 ədəd F1 əl qumbarasının alışqanı;
3) 1 ədəd pnevmatik tapança;
4) 1 ədəd "Valtro" tapançası;
5) 2 ədəd avtomat darağı;
6) 1 ədəd patrondaş sepi;
7) 162 ədəd 7.62 mm çaplı patron;
8) 13 ədəd 5.45 mm çaplı patron;
9) 1 ədəd 14.5 mm çaplı patron;
10) 10 ədəd tapança patronu.

Bakı şəhərindən toplanmış tullantılar gün ərzində "Təmiz Ећəhər" ASC-in çeşidlənmə zavoduna təhvil verilir. Zavodda tullantılar tərkibinə görə ayrılaraq xammal kimi təkrar istehsala yönəldilir. İş prosesi zamanı bəzən bu cür təhlükəli və başqa qeyri-adi əşyalar aşkar olunur. Bu zaman qurumun əməkdaşları həmin əşyaları aidiyyatı üzrə təhvil verirlər.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: