İlham Əliyev "Petronas" şirkətinin prezidentini qəbul etdi

3-09-2015, 18:00
971

http://s020.radikal.ru/i710/1509/e7/3479bd1325de.jpg


İkitərəfli əlaqələr müzakirə edildi.

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 3-də "Petronas" şirkətinin prezidenti və şirkətlər qrupunun rəhbəri Van Zulkifli Van Ariffinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Petronas" şirkətinin Azərbaycanda enerji sektorunda iştirakından məmnunluğunu bildirən dövlət başçısı Azərbaycan Respublikası Dövlət Neft Ећirkəti ilə "Petronas" şirkəti arasında sıx əməkdaşlığın Azərbaycan-Malayziya ikitərəfli əlaqələrinin gücləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.

"Petronas" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorundakı fəaliyyətinə toxunan dövlət başçısı əməkdaşlığın yeni formatının müəyyən edilməsi ilə bağlı aparılan müzakirələrin önəmini qeyd edərək bu müzakirələrin yeni imkanlar açacağını deyib və bunun üçün səyləri artırmağın zəruriliyini bildirib.

İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Ећirkəti ilə "Petronas" şirkətinin birgə fəaliyyətinin biznes sahəsində əməkdaşlıq üçün daha yaxşı imkanlar açacağını vurğulayıb. Azərbaycan ilə Malayziya arasında siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu deyən dövlət başçısı bu münasibətlərin Azərbaycan Respublikası Dövlət Neft Ећirkəti ilə "Petronas" şirkəti arasında əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığnı bildirib.

Dövlət başçısı ikitərəfli əlaqələrin inkişafı ilə bağlı müəyyənləşdirilmiş məqsədlərə nail olmaq üçün fəal əməkdaşlığın zəruri olduğunu qeyd edib.

Rəhbərlik etdiyi şirkətin Azərbaycan ilə bundan sonra da əməkdaşlığa sadiq olduğunu bildirən Van Zulkifli Van Ariffin Azərbaycandakı investisiya mühitinin çox yaxşı olmasından məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikası Dövlət Neft Ећirkəti ilə əməkdaşlığın bütün sahələrdə "Petronas" şirkəti üçün böyük önəm daşıdığını vurğulayan qonaq "Petronas" şirkətinin Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətində olduğunu bildirib. "Ећahdəniz" yatağının işlənməsində əməkdaşlığa toxunan Van Zulkifli Van Ariffin "Petronas" şirkətinin bu layihənin həyata keçirilməsi işində bundan sonra da fəal iştirak edəcəyini deyib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: