Prosineçki: Bütün Azərbaycan öz futbolçuları ilə fəxr etməlidir

4-09-2015, 07:00
893

http://s61.radikal.ru/i174/1509/18/519291097ab2.jpg


"Komanda artıq özünə inanır".

Oyunçularımla fəxr edirəm. Çünki bizim rəqibimiz Avropanın ən güclülərindən biri idi.

Bunu Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Главный тренер сборной Азербайджана по футболу Роберт Просинечки поделился впечатлениями после ничьи с Хорватией (0:0).

"Bu, Azərbaycan futbolu üçün yaxşı nəticədi. Bu yaxşı nəticəyə sevinmək olmur. Çünki 3 gündən sonra yenə oyunumuz var. Fürsətdən istifadə edib azarkeşlərə minnətdarlıq edirəm. Bizi möhtəşəm dəstəklədilər".

Təbii ki, Xorvatiya yığmasını tanımağımın xeyri oldu. Amma ilk növbədə komandanın mübarizəsi hesabına 1 xal qazandıq. Onlarla fəxr edirəm. Rəqibin oyunçuları nəhəng klublarda çıxış edirlər. Onlara qarşı mübarizə aparmaq asan deyil.

Oyunçularım düzgün çalışır, öz üzərində işləyirlər. Onlarda inam qayıdıb. Xovatiyanın İtaliya ilə oyundan başqa bütün matçlarda qələbə qazandığını da nəzərə almaq lazımdı. İtaliya ilə matçı çıxmaq şərtilə onlar ilk dəfə xal itirdilər. Məncə, oyunçularımızla bütün Azərbaycan fəxr etməlidir. Komanda artıq özünə inanır. Futbolçularla intensiv çalışmanın nəticəsini bu gün gördük".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: