Bakıda 115 min ev sökülə bilər

4-09-2015, 11:45
985

http://s020.radikal.ru/i709/1509/49/200dbaa95ce8.jpg


Müzəffər Baxışov: В«Sənədsiz evlər məsələsinin illərdir çözülməməsinin ən başlıca səbəbi korrupsiya və rüşvətdirВ»
Paytaxt Bakıda sənədsiz evlər hələ də problem olaraq qalmaqdadır. Baxmayaraq ki, bu istiqamətdə bir neçə sənəd qüvvəyə minib. Onların sırasında dövlət başçısının xüsusi tapşırıqları da var. Amma bu problem hələ də aktual olaraq qalmaqdadır. Buarada bu sahədəki statistik rəqəmlər də maraq doğurur.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Mərkəzinin, Bakının Nəsimi rayon bələdiyyəsinin, "Bələdiyyə həyatı" qəzetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GIZ) təşkilatçılığı ilə "Əmlak vergisi: yeniliklər və problemlərin həlli yolları" mövzusunda seminarda səslənən fikirlərə diqqət yetirək.
Tədbirdə iştirak edən Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib ki, bu gün Bakıda olan sənədsiz mənzillərin təxmini sayı 600 minə yaxındır.ГїBu evlərin isə 485 minini sənədləşdirmək mümkündür. "Amma bu proses 5 günün işi deyil. Uzun müddət vaxt lazımdır. Problemin birdəfəlik həll edilməsi üçün Vergilər Məcəlləsində dəyişiklik edilməsi kifayətdir. Yəni "Vətəndaşın xüsusi mülkiyyətində və ya onun istifadəsində olan mənzillərə görə verginin ödənməsi" maddəsi Məcəlləyə salınsa, təxminən 3 milyon kvadrat metrlik ərazinin qeydiyyatı deməkdir", deyə o, bildirib.
Yaxşı, tutalım bu proses uzun müddət çəkə bilər. Axı, bu istiqamətdə ilk addımın atılmaq niyyəti də ortada yoxdur.
"485 min evin sənədləşdirilməsi mənzil bazarına ciddi təsir edəcək"
Əslində bu problemin illərdir çözülməməsi bir neçə səbəblə izad edilir. Onlardan birincisi mənzil bazarındakı hazırkı inhisarçı durumdur. Çünki, 485 min sənədli evin bazara daxil olması bazardakı qiymətlərə təsir göstərəcək. Çünki, hazırda 485 min sənədləşdirilməmiş ev daşınmaz əmlak alıcılarının diqqətini cəlb etmir. Baxmayaraq ki, bu evlərin qiyməti digər mülkiyyətlərlə müqayisədə qat-qat aşağıdır.
Başqa bir səbəb isə əlbətdəki dövlət idarəçiliyinin əsas probleminə çevrilən korrupsiyadır. Məhz bu faktor illərdir sənədsiz mülklər məsələsinin sual altında qalmasına səbəb olub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: