Bakı-Sumqayıt qatarının hərəkət intervalı açıqlandı

4-09-2015, 18:00
750

http://s50.radikal.ru/i130/1509/25/add033e96095.jpg


"Azərbaycan Dəmir Yolları" məlumat yaydı.

Bakı-Sumqayıt qatarının hərəkət intervalı yarım saat və bir saatdan bir olaraq müəyyənləşib.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, intervalın tətbiq olunmasına səbəb yarana biləcək sıxlığın qarşısını almaqdır:

"İlk növbədə Sumqayıtdan Bakıya sıxlıq səhər saat 06:00-dan 12:00-a qədər olacaq, əks istiqamətdə isə saat 16:00-dan 21:00-a dək. Bu vaxtlarda qatarların intervalı yarım saatdan bir, digər vaxtlarda isə bir saatdan bir olacaq".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: