Azərbaycanda iki yeni dəmiryol deposu tikiləcək

5-09-2015, 14:00
926

http://s58.radikal.ru/i162/1509/52/6b9ce4ebcc94.jpg


Bakıda və Gəncədə.

"Azərbaycan Dəmir Yolları" QSC iki yeni dəmiryol deposunun tikintisi üçün mühəndis şirkətləri ilə işləyir.

Bunu Trend-ə "Alstom Transport" şirkətinin Rusiya və MDB üzrə direktoru Marten Vojur deyib.

Onun sözlərinə görə, deponun biri Bakının Biləcəri qəsəbəsində, ikincisi isə Gəncədə tikiləcək.

M.Vojur qeyd edib ki, layihənin texniki-iqtisadi əsaslandırılması təqribən sentyabr-oktyabrda hazır olmalıdır və bundan sonra tezliklə hər iki obyektdə eyni vaxtda tikinti işləri başlayacaq:

"Bu depoların tikintisi "Stadler" qatarları və "Alstom" dizel teplovozlarını istismar etməyə və onlara xidmət göstərməyə imkan verəcək".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: