İnformatika.edu.az portalı istifadəyə verilib

7-09-2015, 07:30
1 497

http://s017.radikal.ru/i428/1509/88/8794a36dc488.jpg


Təhsil müəssisələrinin istedadlı gəncləri arasında proqramlaşdırma üzrə onlayn olimpiadaların təşkili üçün nəzərdə tutulan informatika.edu.az internet-portalı istifadəyə verilib.

Portal Təhsil Nazirliyinin dəstəyi ilə "Bakı" nəşriyyatı tərəfindən hazırlanıb. Layihənin rəhbəri BDU-nun dosenti, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadədir.

Portal hazırda beynəlxalq informatika olimpiadalarının keçirilmə və qiymətləndirmə qaydalarına tam uyğun olaraq hazırlanıb.
Proqramlaşdırma bacarıqlarını təkmilləşdirmək üçün müxtəlif səviyyəli məsələlər həll etmək mümkündür.

İnformatika dərsliklərinin müəllifi və informatik.az saytının rəhbəri Naida İsayeva Xeberler.az-a bildirib ki, portalda məsələlərin onlayn müzakirələri müəllimlərə onların həllində qarşılaşdığı çətinlikləri aradan qaldırmağa yardım edəcək:

"Həll etdiyiniz məsələlərin sayı və onların çətinlik dərəcələrinə görə fərdi reytinq cədvəlində öz yerinizi görə bilərsiniz. Portalda proqramlaşdırma üzrə qapalı və açıq yarışlarda iştirak etmək imkanı var. Yarışlara qatılmaq, məsələləri yoxlanmaya göndərmək üçün öncə qeydiyyatdan keçmək lazımdır", deyə o bildirib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: