Azərbaycanın müdafiə naziri Zakir Həsənov başsağlığı verdi

8-09-2015, 08:00
820

http://s011.radikal.ru/i315/1509/a6/7476e2e15772.jpg


"Dərdlərinizə şərikik".

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Hakkari vilayətinin Dağlıca bölgəsində baş vermiş terror aktı nəticəsində türk hərbçilərinin şəhid olması və yaralanması ilə əlaqədar bu ölkənin müdafiə naziri Vecdi Gönülə və Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akara başsağlığı məktubları ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məktublarda bildirilir:

"Qardaş Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: