Sumqayıtda payız iməciliklərinə start verilib - FOTO

8-09-2015, 09:50
941

http://s020.radikal.ru/i720/1509/81/6653b9fa1adc.jpg


В«AzərikimyaВ» İstehsalat Birliyinin müəssisələrində 2015-ci ilin payız iməciliklərinə start verilib. İB-dən Xeberle.com-a verilən məlumata görə ilk iməciliklərini qarşıdan gələn 20 sentyabr - Neftçilərin peşə bayramı gününə həsr edən kimyaçılar Birliyin struktur bölmələrinin ərazilərində təmizlik-abadlıq işləri aparmağa qərar veriblər. İməcilikdə Etilen-polietilen zavodundan 200, Təmir-tiВ­kinti İdarəsindən isə 75 nəfər olmaqla 275 kimyaçı iştirak edib.
Əsas qüvvələrini Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin daxili ərazilərinə cəlb edən kimyaВ­çılar iməcilik ərzində abadlıq işləri apararaq müvafiq əraziləri alaq otlarından təmizləyib, ötən illərdə əkilmiş ağaclara aqrotexniki qulluq göstərib, diblərini belləyib, suvarma işlərini həyata keçirib, həmçinin öncədən hazırlanmış sahələrdə bəzək və gül kolları əkiblər.
SumВ­qayıtın sənaye zonasında yaşıllığın artırılВ­maВ­sıВ­na, bununla da ekoloji mühitin yaxşılaşdırılmasına xidmət edən iməciliklərin daha ikisinin – 12 və 19 sentyabr iməciliklərinin də Neftçilərin peşə bayramı gününə həsr edirilməsi nəzərВ­də tutulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: