KİV nümayəndələri AYB-də hücuma məruz qalıblar

8-09-2015, 12:00
1 135

http://s010.radikal.ru/i311/1509/09/b3ad1530939c.jpg


Kütləvi informasiya vasitələrinin nümayəndələri öz səlahiyyətləri çərçivəsində tapşırıqlarını yerinə yetirərkən gözlənilmədən belə bir olay ilə qarşılaşıblar.

7 Sentyabr 2015-ci il tarixində Azərbaycan Respublikası Kütləvi informasiya vasitələrinin nümayəndələri, "Azad qələm" ədəbi-bədii, ictimai-publisistik qəzetinin redaksiyasa heyətinin üzvləri, foto-müxbir, tərcüməçi-jurnalist, Gündəlik İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, gənc nəslin nümayəndəsi Kamran Murquzov və xüsusi müxbir, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, gənc yazar Kənan Aydınoğlu Azərbaycan Yazıçılar Birliyində "Beynəlxalq Əlaqələr şöbəsi"nin müdiri Abbas Abdulla tərəfindən hücuma məruz qalıblar.Hadisə baş verən yerə Azərbaycan Yazıçılar Birliyinin Qəbul komissiyasının katibi Məlahət Qənbərova, "Qobustan" jurnalının əməkdaşı, "Poliqon.az" saytının təsisçisi və baş redaktoru Narıngül Babayeva da gəlib. Abbas Abdullanın KİV nümayəndələrinə göstərdiyi münasibət və etdiyi insanlığa sığmayan hərəkətləri yuxarıda adları qeyd olunan şəxslər tərəfindən birmənalı şəkildə qarşılanmamışdır. Bir neçə dəqiqə sonra isə Abbas Abdulla hadisə yerindən qaçaraq, uzaqlaşmağa müəssər olmuşdur.
Faktla bağlı Daxili İşlər Nazirliyinin ərazi üzrə polis bölməsinə müraciət etmək qərara alınmış, lakin Məlahət Qənbərovanın üzrxahlğı və şəxsi xahişi nəzərə alınmaq ilə müraciət edilməmişdir.
Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı göstərilmiş münasibətə baxmayaraq, öz humanist prinsiplərinə sadiq qalaraq bu addımı atmışdılar.
Müsahibimiz Azərbaycan Yazıçılar Birliyinin Qəbul komissiyasının katibi Məlahət Qənbərovanın dediyinə görə, uzun müddət Azərbaycan Respublikasının Qardaş Türkiyə Cümhuriyyətindəki konsulu və digər yüksək vəzifələrdə çalışan Abbas Abdullanın psixoloji cəhətdən çox əziyyət çəkir və bu tip qeyri-adekvat hərəkətlərə yol verdiyinin dəfələrlə şahidi olduğunu deyib. Hətta bu tip olayların artır birinci dəfə olmadığını qeyd edib.
Son olaraq bildirmək istəyirik ki, Kütləvi informasiya vasitələrinin nümayəndələrinə qarşı yönəldilmiş bu tip addımlar qanunvericiklə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb olunmasına səbəb olur.

QEYD: "Manera.az" saytının baş redaktoru Ећəhla Aslanın müraicətindən sonra xəbərdə gedən texniki qüsur aradan qaldırlıb.
Gündəlik İnformasiya Agentliyi yayılan xəbərdə yer alan Kamal Abdulla adını təkzib edir və adı olduğu kimi Azərbaycan Yazıçılar Birliyinin "Beynəlxalq Əlaqələr şöbəsi"nin müdiri Abbas Abdullanın adını olduğu kimi saxlayır


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: