Zakir Həsənovun Oyunları erməniləri təşvişə saldı

8-09-2015, 12:15
1 163

http://s005.radikal.ru/i212/1509/79/b60bed9c3e1a.jpg


Təlimlər sentyabrın 13-nə qədər davam edəcək.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfini silahlı qüvvələrə nəzarətə dair müqaviləni pozmaqda ittiham edib, səbəb Azərbaycanda komanda-qərargah təlimlərinin keçirilməsidir.

Azərbaycan Silahlı Qüvvələrinin bazar günü başlayan və sentyabrın 13-nə kimi davam edəcək təlimlərinə 65 min hərbçi, 700 ədəd zirehli texnika, 500-dən çox raket və artilleriya qurğuları, 40 təyyarə və helikopter cəlb edilib.

"ATƏT çərçivəsində Azərbaycan və Ermənistanın daxil olduğu silahlı qüvvələrə nəzarətə dair beynəlxalq müqavilələr təlimlərə nəzarət mexanizmini nəzərə alır", - bazar ertəsi Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan bəyan edib.

Onun sözlərinə görə, 2011-ci il Vyana sazişində müəyyən edilib ki, quru qoşunlarının iştirakı ilə keçirilən təlimlər barədə, əgər bu təlimlərdə ən azı 9 min adam və ya 250 hərbi tank, 500 hərbi zirehli maşın, 250 özüyeriyən və ya qoşmalı artilleriya silahı, minaatan və yaylım atəş reaktiv sistemləri (kalibri 100 mm-dən yuxarı olan) cəlb edilibsə, üzv ölkələr qalan dövlətləri xəbərdar etməlidir.

Bununla yanaşı, əgər bu təlimlər ötən ilin planı üzrə nəzərdə tutulmayıbsa, o zaman xəbərdarlıq ən azı 42 gün öncə edilməlidir.

"Məlumat vermək istərdim ki, "İldırım-2015" (Ermənistanda sentyabrın 3-6-da keçirilib) və "Pozulmaz qardaşlıq 2015" (Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının sülhməramlı qüvvələrinin kollektiv təlimi Ermənistanda sentyabrın 28-dən oktyabrın 4-nə qədər keçiriləcək) təlimləri bu kvotaları pozmur, buna baxmayaraq şəffaflığı və qarşılıqlı inamı təmin etmək məqsədi ilə onlar barədə Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının prosedurlarına müvafiq olaraq bəyanat verilmişdi", - Tonoyan bildirib və elan edilən rəqəmlərə baxılarsa Azərbaycanda keçirilən təlimlər barədə əvvəlcədən xəbər verilməsi lazım olduğu halda bunun edilmədiyini əlavə edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: