Dünya mediasını bir platformaya toplayan portal yaradılıb

8-09-2015, 15:30
1 206

http://s017.radikal.ru/i412/1509/90/12bee80d5aeb.jpg


Dünyadakı bütün xəbər saytlarını bir araya toplayan yeni portal yaradılır.

Feedly.Today saytı ilə dünyada məşhur olan media orqanlarını izləmək mümkün olacaq.

Layihə rəhbəri Ziya Əskərov Xeberler.az-a bidirib ki, istənilən dildə hər növ məlumatı portaldan oxumaq imkanı var.

Saytın özəlliyi isə ondan ibarətdir ki, məsələn , hər hansı azəbaycanlı vətəndaş Fransa mediasında baş verənləri izləmək istəyir, lakin Fransız dilini bilmir. Portal isə bu məqamda insanlara kömək edir. Belə ki, portalda Fransa KİV-lərini İngilis dilində izləmək imkanı olacaq. Bu, digər dillərə də aiddir.

Qeyd edək ki, portalda qeydiyyatdan keçərək istədiyiniz xəbər platformalarını izləyə bilərsiniz. Yəni, saytları izləyəndə ana səhifənizdə ancaq o xəbər saytlarının məlumatları görünəcək.

Həmçinin saytda müxtəlif kateqoriyaya uyğun ( texnologiya, idman, siyasət, mədəniyyət) xəbərləri oxumaq imkanı da yaradılıb.

Bundan əlavə, saytda istədiyiniz hər hansı sözü yazıb axtarış edərkən dünya mediasında bu sözə uyğun bütün xəbərləri izləyə biləcəksiniz. Yəni, öz adınız və soyadınızla da axtarış edib adınız keçən bütün xəbərləri operativ oxuya bilərsiniz.

Portal hazırda test ( demo) mərhələsindədir. Feedly.Today-in Android, iOS tətbiqlərinin də hazırlanacaq.

Saytda hazırda Türkiyə, Azərbaycan, Amerika, İngiltərə və Rusiyanın media orqanlarının bəzi saytları yerləşdirilib.

Qeyd edək ki, eyni zamanda portalda statistik və analitik məlumatlar əldə etmək imkanı da olacaq. Media orqanlarının bütün məlumatları saytın öz bazasında saxlanılır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: