Ərdoğan: Vətənin hər birimizə ehtiyacı var

8-09-2015, 19:00
864

http://s018.radikal.ru/i525/1509/ca/c62cb2976f6e.jpg


"Anadolu və Trakiyanın hər qarışı bizim vətənimizdir".

Mən, əslən hardan olmasından asılı olmayaraq bütün türk xalqına, siyasətçilərə, mətbuat nümayəndələrinə, intellegentlərə, alimlərə, qeyri-hökumət təşkilatlarının nümayəndələrinə müraciət etmək istəyirəm. Anadolu və Trakiyanın hər qarışı bizim vətənimizdir.

Türkiyə 78 milyon vətəndaşın ümumi vətənidir. Bu ölkə və bu vətən 78 milyon vətəndaşın hər birinə ehtiyac duyur. Hər birimizin bu ölkəyə - Türkiyə Respublikasına ehtiyac duyduğumuz kimi.

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Onun sözlərinə görə, indiyə qədər bizim xalqın min illər boyu vətənimiz olan, Anadoludan kökünü kəsməyə çalışanlar məğlubiyyətə uğrayır:

"Və Allah elə etsin ki, xalqımıza, millətimizə, bizim həmrəyliyimizə xələl gətirmək istəyənlərin də aqibəti belə olsun", - prezident vurğulayıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: