Reklam şirkətləri YouTube-dan niyə narazıdır?

9-09-2015, 13:00
1 019

http://s020.radikal.ru/i721/1509/ea/4539529bb70c.jpg


Bir neçə reklam şirkətləri YouTube-a ödədikləri böyük reklam ödənişlərinin qarşılığında kifayət qədər şəffaf nəticələr əldə edə bilmədiklərindən şikayətlənirlər.

Youtube-a reklam verən şirkətlər reklam izlənmə sayının həqiqəti əks etdirmədiyini bildirərək Youtube-un əslində istifadəçilər tərəfindən izlənməyən reklam üçün də pul aldığını bildirirlər.

Unilever və Kellogg kimi böyük şirkətlər YouTube-dakı reklamların baxılma statistikasından razı qalmadıqları üçün reklamlarını geri çəkməyi qərara alıblar.

YouTube isə hazırda reklam şirkətlərini razı salmaq üçün yeni reklam analiz vasitələrindən istifadə etməyə hazırlaşır. Belə ki, YoTube bu fəaliyyətin obyektivliyini təmin etmək üçün yeni üsulla reklamın necə izlənildiyi ətraflı izah edəcək.

İndi Youtube bu xüsusi vəziyyətləri ehtiva edən yeni bir reklam izlənmə analizi hesabatı nəşr etməyə hazırlaşır.

YouTube reklamverən şirkətlərin bu yeni analizə görə ödəniş etməli olacağını bildiriblər.

Mütəxəssislərin fikrincə isə yeni xidmətlə Youtube-un gəliri azalacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: