Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq

9-09-2015, 14:00
857

http://s017.radikal.ru/i429/1509/bf/3af2668637e8.jpg


"Bakı-Sumqayıt qatarlarında çalışacaq bələdçilərin hamısı qadınlar olacaq".

Bu haqda Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Nadir Əzməmmədov məlumat verib.

O qeyd edib ki, həmin istiqamətdə çalışacaq xanım bələdçilər artıq müəyyənləşib: "Onların hər biri üçün ayrılan vəsait hesabına yeni formalar tikilib. Bakı-Sumqayıt qatarlarından sonra mərhələli şəkildə digər qatarlarda da yeni formalara keçiləcək".

Qurum rəsmisi deyib ki, hazırda Bakı, Sumqayıt və Biləcəri sərnişin stansiyalarında avtomat turniketlərin və kassa köşklərinin quraşdırılması prosesi yekunlaşmaqdadır: "Bütün istiqamətlərdə işlər bitmək üzrədir, Tarif Ећurasının qiymətlərlə bağlı qərarını gözləyirik".


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: