Telefon aparatlarının qiyməti ucuzlaşıb

10-09-2015, 12:15
905

http://s020.radikal.ru/i715/1509/80/45f2140edec1.jpg


Ölkədə bir sıra sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sektorunda, xüsusilə də telefon aparatlarının qiymətlərində ucuzlaşma müşahidə olunur.

DSK-nın ötən ay üçün açıqladığı statistikadan bəlli olur ki, telefon aparatlarının qiyməti əvvəlki dövrlərlə müqayisədə də aşağıdır.

Əhaliyə göstərilən xidmətlərin qiymətində də azalma müşahidə edilməkdədir.

DSK-dan bildirilib ki, müşahidəsi aparılan qeyri-ərzaq mallarından avqust ayı ərzində parçaların, inşaat materiallarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, məişət cihazlarının qiymətlərində bahalaşma, geyimin, dərmanların, minik avtomobillərinin, telefon aparatlarının qiymətlərində isə ucuzlaşma müşahidə olunub.

Avqust ayında əhaliyə göstərilən pullu xidmətlərdən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma tarifləri ucuzlaşıb, ali təhsil müəssisələrində təhsil haqları isə bahalaşıb.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: