Ərdoğandan HDP-yə son şans

10-09-2015, 15:00
1 034

http://s010.radikal.ru/i312/1509/54/a7de96698298.jpg


Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Dəmirtaşın açıqlamasına Ərdoğan sərt reaksiya verib.

HDP-nin həmsədri millət vəkili Səhaləddin Dəmirtaşın "Doğulduğunuza peşman edərik" sözləri prezident Rəcəb Tayyib Ərdoğanın sərt reaksiyasına səbəb olub.

Ərdoğan Dəmirtaşa cavab olaraq bunları bildirib:

"Terror hər gün yeni canlar almağa davam edir. Təhlükəsizlik qüvvələri terror təşkilatıyla mübarizəsini qətiyyətlə davam etdirir. Bəzi siyasətçilərin ifadələri, həyata keçirilən mübarizəni çətinləşdirir. Belə bir vəziyyətdə özünə siyasətçi deyən və TBMM üzvü olan hər kəsin cavabdehlik daşıması lazımdır.

"Yazıqsınız, qarşılıq vermək sizin də haqqınızdır, onları doğulduqlarına peşman edin" sözləri ölkənin küçələrini yenidən qan gölünə çevirmək istəyən bir zehniyyətin məhsuludur. Türkiyənin cavabdehlik daşıya bilən siyasətçilərə ehtiyacı var.

Bələdiyyə sədri və ya millət vəkili bu ölkədə vətəndaş müharibəsindən necə danışa bilər ki? Onlara bu səlahiyyəti kim verib?

Bu səlahiyyəti dağdakı terrorçulardan alıblar. Tabutların içində silah daşıyanlar var. Bunlar məscidləri, məktəbləri yandıracaq qədər irəli gediblər.

Bundan başqa baş verən hadisələri də prezident və baş nazirin üzərinə ataraq özlərini təmizə çıxarmaq istəyirlər.

Mən HDP-yə son bir dəfə səslənirəm. Ya demokratiyanın, ya da terrorun yanında olun. Bunun orta yolu yoxdur. Seçiminizi edin. Mübarizənizi demokratiya iləmi, yoxsa silahlamı edəcəyinizə qərar verin. Terrorun yanında olsanız bunun cavabını verəcəksiniz.

Buradan kürd qardaşlarıma da səslənirəm. Bu terror təşkilatı sizin təmsilçiniz ola bilməz. Terror təşkilatının arxasında olduğu belə bir siyasi hərəkat də tamamilə qeyri-qanuni görünüş verməyə başlamışdır. Küçəyə çıxma qadağasının olduğu yerlərdə bu partiya üzvləri nümayiş etmək istədilər. Hətta müvəqqəti hökumətdə olan bir nazir də orada iştirak etmək istəyirmiş.

Bir şeyi bilin ki, siyasətdə hesablaşma yeri küçə deyil sandıqdır."


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: