"ASAN xidmət" mərkəzlərindən biri 2 gün işləməyəcək

10-09-2015, 17:00
886

http://s012.radikal.ru/i319/1509/6f/ea0129c17ca7.jpg


Dövlət agentliyi məlumat yaydı.

Sentyabrın 12-13-də Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 36 ünvanında yerləşən 1 saylı Bakı "ASAN xidmət" mərkəzi görülən profilaktik tədbirlər ilə əlaqədar xidmət göstərməyəcək.

Bu barədə "ASAN xidmət"dən bildirilib.

Xidmət bildirib ki, vətəndaşlar qeyd olunan tarixlərdə onlara daha yaxın Bakı şəhərində yerləşən digər "ASAN xidmət" mərkəzlərinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: