Milli Net 2015 başlayır

11-09-2015, 09:00
1 191

http://s020.radikal.ru/i713/1509/cb/38d812c255b7.jpg


Hər il ən yaxşı milli internet resurslarını üzə çıxarmaq məqsədilə keçirilən ənənəvi Milli Net 2015 - Milli İnternet Mükafatının başlanması üçün hazırlıqlar aparılır.

Milli Net Təşkilat Komitəsindən bildirilib ki, Milli İnternet Mükafatına hər il olduğu kimi sentyabrın sonlarında start veriləcək.

Hazırda Təşkilat Komitəsi tərəfindən Milli Net müsabiqəsinin ötən illərdəki nəticələri, nominasiyalar və münsiflər heyətinin tərkibi üzrə müzakirələr aparılır.

Komitədən bildirilib ki, ötən ildə olduğu kimi saytların qiymətləndirmə prosesini internet istifadəçiləri deyil, peşəkarlardan və mütəxəssislərdən ibarət olmaqla AİF tərəfindən formalaşdırılan Münsiflər Heyəti aparacaq.

Hazırda Münsiflər Heyətinin formalaşdırılması prosesi davam edir.

Milli Net Təşkilat Komitəsi bu il də müsabiqəni 14 Nominasiya üzrə keçirilməsini planlaşdırır.

Saytların 3 istiqamət üzrə (kontent, texniki-texnoloji və dizayn) qiymətləndirmə prosesi baş tutacaq. Hər istiqamət üzrə 5 münsif nəzərdə tutulub.
Keçən il olduğu kimi bu ildə "mobil tətbiqlər" nominasiyasının qiymətləndirmə prosesini həyata keçirmək üçün heyətə əlavə münsiflər cəlb olunacaq.

Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən Milli Net-in keçirilməsində məqsəd Azərbaycan İnternetinin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarımızı üzə çıxartmaq və tanıtmaq, informasiya texnologiyalarının populyarlaşmasına dəstək vermək və Azərbaycan dilinin İnternetdə tətbiqini genişləndirməkdən ibarətdir.

Müsabiqəyə təqdim olunan saytların qeydiyyatı 2 ay davam edir. Qiymətləndirmə prosesi dekabrın 15-dək 2 mərhələ üzrə aparılır.
Milli Net 2015 yekun təqdimat mərasiminin də ənənəvi olaraq dekabrın sonlarında keçirilməsi nəzərdə tutulub.

Milli İnternet Mükafatına Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) rəsmi dəstək verir. Müsabiqənin sponsorları və əməkdaşlıq edəcəyi şirkətlər hələlik müəyyənləşməyib.

Milli Net Təşkilat Komitəsindən bildirilib ki, hazırda Milli İnternet Mükafatına sponsorluq edən və dəstək verən qurumların müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: