Nazarbayev İlham Əliyev ilə görüşdü

11-09-2015, 16:30
987


"Bir-birimizə inam bizim münasibətlərimizi xarakterizə edir".

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyev ilə Türkdilli dövlətlərin əməkdaşlıq Ећurasının beşinci sammiti çərçivəsində görüşüb.

http://s015.radikal.ru/i331/1509/11/309532bad46a.jpg


Görüşün gedişatında Nursultan Nazarbayev İIham Əliyevə səfər və Qazax xanlığının 550 illiyinə həsr edilmiş təntənəli iclasda iştirakı üçün təşəkkür edib.

Nursultan Nazarbayev həmçinin qeyd edib ki, Qazaxıstan və Azərbaycanın qardaş xalqlarını çoxəsrlik qardaşlıq telləri bağlayır.

"Bir-birimizə inam bizim münasibətlərimizi xarakterizə edir. Sizin Qazaxıstana hər səfəriniz ölkələr arasında əməkdaşlığın yeni səhifəsidir.

İndi dünya iqtisadiyyatı mürəkkəb zaman yaşayır, amma hətta bu şərtlərdə belə ölkələrimiz iqtisadi-ticari sahədə yeni təmas nöqtələri axtarırlar", - N.Nazarbayev deyib.

Azərbaycan prezidenti öz növbəsində Qazaxıstana hər zaman məmnuniyyətlə səfər etdiyini vurğulayıb və ikitərəfli münasibətlərdə tam qarşılıqlı anlaşmanın olduğunu qeyd edib.

İ.Əliyev bütün qazax xalqını Qazax xanlığının 550 illiyi münasibəti ilə təbrik edib.

"Sizin bugünkü təntənəli iclasda çıxışınız, Qazaxıstanın tarixi keçmişinin və bugünkü inkişafının təhlili bir daha ölkənizin uğurlarının dərin milli və tarixi kökləri olduğunu göstərir", - Azərbaycan prezidenti deyib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: