İlham Əliyev Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanada keçirilən təntənəli mərasimdə iştirak edib

11-09-2015, 18:15
926

http://s020.radikal.ru/i717/1509/e8/6076d90a721b.jpg


Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazax xanlığının 550 illik yubileyi münasibətilə Astanadakı Müstəqillik sarayında keçirilən təntənəli mərasimdə iştirak edib.

Təntənəli mərasim Qazaxıstanın dövlət himninin səsləndirilməsi ilə başladı.

Sonra Prezident Nursultan Nazarbayev mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, Qırğızıstan Prezidenti Almazbek Atambayevi, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmazı və Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyevi salamladı.

Qazax xanlığının 550 illik yubileyinin ölkəsində geniş qeyd edildiyini vurğulayan Prezident Nursultan Nazarbayev xanlığın yaranma tarixindən danışdı. Qeyd etdi ki, əsası 1465-ci ildə qoyulan Qazax xanlığı sonrakı dövrdə daha da qüdrətlənərək Qazaxıstanda milli mədəniyyətin, dövlətçilik ənənələrinin formalaşmasında, qorunmasında və inkişafında mühüm rol oynayıb.

Qazaxıstan Prezidenti vurğuladı ki, ölkə müstəqilliyə qovuşduqdan sonra qədim dövlətçilik ənənələrinə malik olan türkdilli xalqların tarixi, o cümlədən Qazax xanlığı ilə bağlı sanballı tədqiqat əsərləri yazılıb, tarixi şəxsiyyətlərin adları əbədiləşdirilib.

Qazaxıstanın müstəqilliyə qovuşmasından sonrakı dövrdən danışan Nursultan Nazarbayev ölkəsinin son illərdə sürətlə inkişaf etdiyini, mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırdı.

Prezident Nursultan Nazarbayev türkdilli xalqların ortaq kökə və tarixə malik olduğunu bildirərək türkdilli dövlətlər və xalqlar arasında birliyin, həmrəyliyin, əməkdaşlığın vacibliyini vurğuladı, ulu türk elinin ortaq vətənimiz olduğunu söylədi.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: