"Azərikimya" İB-də "Petkim Petrokimya Holding" şirkətində tərübə mübadiləsindən ayıdan tələbələrlə görüş keçirilmişdir

11-09-2015, 19:15
1 013

http://s018.radikal.ru/i520/1509/5b/4197df2ee472.jpg


http://s017.radikal.ru/i429/1509/e7/f82a38a7d39e.jpg


http://s017.radikal.ru/i404/1509/2c/ca7e6c82f470.jpg



"Azərikimya" İB-də "Petkim Petrokimya Holding" şirkətində
təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir

Sentyabrın 10-da "Azərikimya" İB-nin akt zalında Türkiyənin ən nüfuzlu neft-kimya şirkətlərindən olan "Petkim Petrokimya Holding A.Ећ."-də təcrübə mübadiləsindən qayıdan tələbələrlə görüş keçirilmişdir.
Görüşü giriş sözü ilə açan "Azərikimya" İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayev qeyd etmişdir ki, neft-kimya sənayesi üçün kadrlar hazırlayan ali təhsil müəssisələri ilə sıx əlaqələrin qurulması, tələbələrin müəssisələrimizdə yay istehsalat təcrübəsi keçmələri üçün əlverişli şərait yaradılması bizim kadr hazırlığı proqramı üzrə nəzərdə tutduğumuz tədbirlərlərdəndir və son bir neçə ildə artıq ənənə halını almışdır. Bu il də İnsan Resursları Departamenti ilə birgə həyata keçirdiyimiz pilot layihə çərçivəsində Birliyimizin dəstəyi ilə respublikamızın aparıcı ali təhsil müəssisələrinin kimya və kimya mühəndisliyi fakültələrinin tələbələri əvvəlcə Etilen-polietilen zavodunun müxtəlif istehsalat sahələrində 15 gün müddətində kimya sənayesi ilə bağlı təcrübi biliklərini artırmış, seçdikləri ixtisasların tətbiq olunduğu sahələr üzrə ilkin adaptasiya keçəcək, nəzəri biliklərini təcrübədə daha da zənginləşdirmişlər. Sonra isə bir ay müddətində Türkiyənin İzmir şəhərində yerləşən, dünyanın nüfuzlu şirkətlərindən olan "Petkim Petrokimya Holdinq" şirkətində istehsalat təcrübələrini davam etdirmişlər. Biz işimizi bununla bitmiş hesab etməyərək, bu təcrübələrin sonunda tələbələr tərəfindən verilmiş ən yaxşı səmərələşdirici təkliflər üzrə müsabiqələr keçiririk. Bunda da məqsədimiz həm tələbələr arasından özümüzə gələcək əməkdaş seçimi aparmaq, həm də tələbələrə kimya sənayesini tanıtmaqla, onların bu sahəyə marağını artırmaqdır.
Tədbirdə "Azərikimya" İB-nin İcraçı direktorunun birinci müavini – baş mühəndis, səmərələşdirici təkliflərlərin qiymətləndirmə komissiyasının sədri Nadir Alıyev çıxış edərək daxil olan təkliflərə öz münasibətini bildirmiş, bir-birindən maraqlı təklifləri ilə onları təəccübləndirən tələbələrin gələcəyinə böyük ümidlər bəslədiyini qeyd etmişdir.
"Azərikimya" İB-nin Müşahidə Ећurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev çıxışında gənclərin karyera imkanlarının genişləndirilməsində bilik və bacarığın hər zaman öndə dayandığını və hər bir gəncin tələbəlik illərindən gələcək karyerası barədə düşünməli olduğunu vurğulamışdır. Bunun üçün yaradılan şəraitdən səmərəli istifadə olunmalı, sabahın mühəndisi olmaq istəyən tələbə mövcud potensialını ortaya qoymağı bacarmalıdır. Biz İstehsalat Birliyi olaraq bu məsələyə ciddi yanaşır, gənclərə dəstək olmağı, onlara stimul verməyi gələcəyimizə zəmanət kimi dəyərləndiririk.
Tədbirin sonunda səmərələşdirici təklifləri yüksək qiymətləndirilən 4 tələbəyə - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Rüstəm Qeybullayevə (I yer), Sumqayıt Dövlət Universitetinin tələbəsi Sənubər Babayevaya (II yer), Qafqaz Universitetinin tələbəsi Arzu Cəbrayılovaya (III yer) və Moskva Dövlət Universitetinin Bakı filialının tələbəsi Səbinə Əmirovaya "Azərikimya" İB tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunmuş, onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulanmışdır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: