Prezident: Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək

11-09-2015, 20:20
873

http://s017.radikal.ru/i402/1509/2c/e316eb978fcf.jpg


"Birinci addım çox uğurlu olmuşdur".

Azərbaycan Qazaxıstan, Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilibdir. Həm enerji daşıyıcıları, həm digər yüklər Azərbaycan ərazisindən keçir. Nəqliyyat təhlükəsizliyi Ећuraya üzv olan hər bir ölkə üçün böyük əhəmiyyət daşıyır.

Bunu Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Ећurasının V Sammitində prezident İlham Əliyev bildirib.

Prezidentin sözlərinə görə, Azərbaycan çalışır ki, müasir infrastrukturun yaradılması ilə bu işə töhfəsini versin.

"Hazırda Bakıda yeni böyük Beynəlxalq Dəniz Ticarəti Limanı inşa edilir. Bu limanın ümumi yükaşırma qabiliyyəti 25 milyon tona bərabər olacaqdır. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi davam edir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri əminəm ki, yaxın aylarda yerinə yetirəcək. Bu dəmir yolu əslində Asiyanı Avropa ilə birləşdirən dəmir yoludur.

Qeyd etməliyəm ki, keçən ay Çindən Qazaxıstan ərazisindən Azərbaycana birinci sınaq konteyner qatarı da yola salınmışdır və hesab edirəm ki, artıq bu birinci addım çox uğurlu olmuşdur. Əminəm ki, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası başa çatandan sonra on milyonlarla yeni yük bizim ərazimizdən keçəcək və beləliklə, həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək", - deyə, İlham Əliyev bəyan edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: