Azərbaycan xüsusi təyinatlısı gözəllik yarışında - FOTO

12-09-2015, 09:00
921

http://s57.radikal.ru/i157/1509/e5/aaec7517dba8.jpg


Müsabiqə Antalyada keçirilir.

Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edən Tehranə Bəhruzi "Mrs. Top of the World-2015" beynəlxalq gözəllik müsabiqəsində iştirak edəcək.

Bu barədə "Miss & Mister Azerbaijan" gözəllik müsabiqəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, müsabiqə noyabr ayının 13-dən 18-ə qədər Antalyada keçiriləcək.

"Mrs. Top of the World-2015" müsabiqəsi "IntRIGA World" fondu tərəfindən təsis edilib və xeyriyyə xarakteri daşıyır. Müsabiqədə 26 yaşdan 46 yaşa qədər olan qadın və qızlar iştirak edə bilər - subay, evli, uşağı olan və ya olmayan.

Müsabiqənin proqramına müxtəlif mədəni tədbirlər, fotosessiyalar və mətbuatla görüş daxildir.

Yarışın finalında 5 qalib müəyyən edilir, və onlar aşağıdakı adlarla ilə yanaşı sponsorlardan müxtəlif bahalı hədiyyələr alırlar:

Mrs. Top of the World
I Vice Mrs. Top of the World
II Vice Mrs. Top of the World
III Vice Mrs. Top of the World

Həmçinin əlavə Mrs. Top of the World / Audience Favourite titulu da təsis edilib. Bu ada və tacı tamaşaçıların rəğbətini qazanan iştirakçı layiq görülür.

Tehranə Bəhruzi 1986-cı ildə sentyabr ayının 7-də Rusiyanın Xabarovsk bölgəsində anadan olub. Hal-hazırda Bakıda yaşayır, Azərbaycan vətəndaşıdır.

Azərbaycan ordusunun xüsusi təyinatlı dəstəsində xidmət edib. Hərbi karyerasını davam etdirmək və Azərbaycanı layiqincə beynəlxalq müsabiqədə təmsil etmək niyyətindədir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: