Nəcibə İlkin TV -də işləmək üçün dəvət alıb

12-09-2015, 16:00
1 221

Nəcibə İlkin TV -də işləmək üçün dəvət alıb


Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, "Qızım Qələm" Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Ећurasının üzvü və DAMM-ın və katibi, "Azad qələm" ədəbi-bədii, ictimai-publisistik qəzetinin və "Ali Ziya" ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, "Bir ömür uduzdum", "Qəlbimdə dil açan dünya", "İllərin o tayı gözləyir məni", "Son görüş, son zəng, son təbəssüm" kitablarının müəllifi, kütləvi informasiya vasitələrinin nümayəndəsi, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin (Babakişiyeva Nəcibə Bahadur qızı) Azərbaycanda yeni yaradılmış və tezliklə bütün dünyaya yayınlanacaq Qurtuluş TV Televiziyasında işləmək üçün dəvət alıb.
Respublikanın müxtəlif bölgələrində, o cümlədən paytaxt Bakıda yaşayıb ədəbi-bədii yaradıcılıqla məşğul olan müxtəlif yaş qruplarının nümayəndələrinin ədəbi-bədii nümunələri həmin kanalın aylıq ədəbi-bədii orqanı "Naxış" jurnalında yayınlanacaq.İllik abunə haqqın 24 AzN təşkil edir.Jurnal Türkiyə Cümhuriyyətində yayınlanmaqla, ictimaiyyət nümayəndələrini özünə cəlb edəcək.Həmin kanalda şeir, mahnı müsabiqəsi də keçiriləcək.Türkiyə Cümhuriyyətinin ən ünlü adamları burada qalib qələn kəslərə mükafatlar təqdim edəcək.
Xatırladaq ki, istedadlı qələm sahibi, şairə, jurnalist Nəcibə İlkin Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyinin 1 Sentyabr 2015-ci il tarixli qərarı ilə, gundelik.info və edebiyyat-az.com saytlarının Baş məsləhətçisi seçilmişdi.

Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidməti


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: