İlham Əliyev: Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır

12-09-2015, 16:30
932

http://s018.radikal.ru/i500/1509/4c/6fa1eaf420d1.jpg


"Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır".

Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar almışıq.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev dəmir yolu vağzalında əsaslı təmir olunmuş Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarı ilə tanışlıq zamanı deyib.

"Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər və Azərbaycan dəmir yolu ölkəmizin ümumi inkişafına uyğun şəkildə inkişaf edəcək. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.

Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilib. Həm xətt yenilənir, - indi qatarlar yüksək sürətlə işləyəcək,- həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var. Sizin üçün gözəl formalar da tikilib. Əminəm ki, çox gözəl mədəni xidmət göstərəcəksiniz. Sərnişinlər də razı olacaqlar. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram" - dövlət başçısı qeyd edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: