BULUD texnologiyalar bazarının lideri məlum olub

13-09-2015, 11:00
922

http://s017.radikal.ru/i417/1509/20/c579082d10df.jpg


HP şirkəti sürətlə inkişaf edən BULUD texnologiyaları infrastrukturunun qurulması və dəstəklənməsi üçün həllər bazarının lideri olub. Bu barədə Synergy Research Group şirkətinin hesabatında deyilir.

Analitiklərin hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə ümumi və özəl BULUD servislərinin işə salınması üçün nəzərdə tutulan avadanlıq və proqram təminatının satışı 16 milyard dollara çatıb ki, bu da bir il əvvəldən 25 faiz çoxdur.

Bu həcmdə HP-nin payı 13 faiz təşkil edib. Uzun illərdir liderlik edən "Cisco Systems" şirkətinin payı isə 12,5 faiz olub. Sonrakı yerlərdə Microsoft, Dell, IBM, EMC, VMware, Lenovo və Oracle şirkətləri qərarlaşıb.

HP şirkətinin BULUD infrastrukturu istehsalçıları arasında birinci yerə çıxmasını ekspertlər ABЕћ istehsalçısının serverlər bazarında birinciliyi və disk saxlanclarının yaxşı satılması ilə əlaqələndirirlər. "Cisco" şəbəkə avadanlığının satış həcminə görə birinci olaraq qalır, eləcə də server sahəsində öz mövqeyini sürətlə möhkəmləndirir. "Microsoft" korporasiyası server əməliyyat sistemləri və virtuallaşdırma bazarında uğurları sayəsində liderlər üçlüyündə yer alıb.

Serverlər, proqram platformalar, məlumat saxlama sistemləri və şəbəkə avadanlıqları qlobal BULUD infrastrukturu bazarının 89 faizini təşkil edir.

Ümumi BULUD infrastrukturu üçün aparat və proqram təminatının satışına görə Cisco şirkəti liderdir, HP isə özəl BULUD infrastrukturu seqmentində birincidir.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: