"Bakı-Sumqayıt qatarında pulsuz Wi-Fi var"

14-09-2015, 13:00
810

http://s017.radikal.ru/i422/1509/c2/801a58f5b4dc.jpg


Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarı istifadəyə verilib.

Xeberler.az yeni qatarlarda sərnişinlər üçün hansı texnoloji imkanların olması ilə maraqlanıb.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, sərniş qatarı Wi-Fi sistemi ilə tam edilib.

Onun sözlərinə görə, istifadəçilər qatara daxil olan kimi şifrəyə ehtiyac olmadan QSC-nin ödənişsiz Wi-Fi sisteminə qoşula bilərlər:

"İstifadəçilər yeni qatarlara daxil olanda birbaşa Wi-Fi –ya qoşula bilərlər. Qoşulmaq üçün şifrə tələb olunmur".

Nadir Əzməmmədovun sözlərinə görə, yalnız Sumqayıtda, Ceyranbatan gölü ətrafında Wi-Fi-ya qoşulmaqda müəyyən problemlər yaşanır:

"Bu problem də internet təhcizatını həyata keçirən provayederlə bağlıdır. Hazırda bu istiqamətdə də provayderlə birlikdə fəaliyyətlər davam edir. Vətəndaşların qatarlarda internetə sürətli və keyfiyyətli çıxışını təmin etməyə çalışırıq".

Qurum rəsmisi onu da qeyd edib ki, yeni sərnişin qatarında soyutma-istimə sistemi də yüksək səviyyədə təmin edilib.

Qatarların biznes klaslarında çay və kofe xidmətinin də olduğunu vurğulayan mətbuat katibi, həmçinin, əlillər üçün xüsusi qurğuların da quraşdırıldığını bildirib.

Qeyd edək ki, BakuBus avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı – BakıKart-dan da qatarda istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkün olacaq.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: