Azərbaycan gələn il orduya 1,8 milyard manat ayıracaq

14-09-2015, 16:00
861

http://s58.radikal.ru/i162/1509/d4/6deee095fd20.jpg


Maliyyə Nazirliyi məlumat yaydı.

2016-cı ildə Azərbaycanın dövlət büdcəsindən müdafiə sahəsinə 1milyard 837 mln. 800 min manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Məlumata görə, 2016-cı ildə müdafiə sahəsinə ayrılması nəzərdə tutulan vəsaitlər ötən ilin dövlət büdcəsi proqnozu ilə müqayisədə 59,3 mln. manat çoxdur.

Gələn il Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 138 mln. 800 min manat vəsait ayrılacaq ki, bu da ötənilki büdcə proqnozundan 88,3 mln. manat azdır.

Ümumilikdə, gələn ilin büdcə xərclərinin 16 mlrd. 264 mln. manat, gəlirlərin isə 14 milyard 566 milyon manat olacağı proznoqlaşdırılır.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: