Bakı-Sumqayıt qatarlarında gediş haqqı müəyyən edildi

14-09-2015, 20:00
900

http://s017.radikal.ru/i412/1509/1a/1815f4b56be4.jpg


Tarif Ећurası məlumat yaydı.

Məlumat verildiyi kimi, nəqliyyat sıxlığının aradan qaldırılması və tıxacların qarşısının alınması, əhalinin ictimai nəqliyyatdan istifadəsinin sadələşdirilməsi və rahatlığının təmin edilməsi məqsədilə Bakı-Sumqayıt istiqamətində dəmiryolu infrastrukturu yenidən qurulmuş və yeni qatarlar alınmışdır.

Azərbaycan Respublikası Tarif (qiymət) Ећurasının bu gün – sentyabrın 14-də keçirilmiş iclasında "Azərbaycan Dəmir Yolları" QSC-nin müraciətinə baxılmış və Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri təsdiq edilmişdir.

Ећuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilmişdir (Cədvəl əlavə olunur). Yeni tariflər 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minir.

Tarif (qiymət) Ећurasının qərarı ilə Ећuranın rəsmi internet səhifəsində (www.tariff.gov.az) tanış olmaq olar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: