Bakı-Sumqayıt xətti üzrə hərəkət edən qatarların sayı artırıldı

16-09-2015, 17:00
757

http://s52.radikal.ru/i138/1509/e4/2ca79fd035f3.jpg


Sentyabr ayının 15-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq, sabahdan etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə daha bir qatar əlavə edilir.

Əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da isə Sumqayıt sərnişin stansiyasından yola düşəcək.

Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Bakı sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: