Arxeoloji tədqiqatlar Naxçıvanın qədim tarixi ilə bağlı qiymətli faktları üzə çıxarıb

19-09-2015, 13:30
1 016

http://s020.radikal.ru/i719/1509/10/81f0d74a6afd.jpg


Azərbaycan-Amerika Birləşmiş Ећtatları və Azərbaycan-Fransa arxeoloji ekspedisiyalarının Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Qız qalası yaşayış yeri, Qız qalası nekropolu, Ovçular təpəsi, Duzdağ, I Kültəpədə apardığı tədqiqatlarla bağlı hesabat iclası keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində keçirilmiş hesabat iclasını bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb. Akademik Naxçıvan Muxtar Respublikasında aparılan arxeoloji tədqiqatlarla bağlı geniş məlumat verərək əldə olunan nəticələri yüksək qiymətləndirib. Bildirilib ki, AMEA Naxçıvan Bölməsi, Amerika Birləşmiş Ећtatları və Fransanın arxeoloqlarının birgə əməyi nəticəsində əldə olunan bir çox yeni faktlar tariximizi öyrənmək baxımından son dərəcə qiymətlidir.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxış edərək əldə olunan yeniliklər haqqında geniş məlumat verib. Qeyd edilib ki, Qız qalası yaşayış yerinin Cənubi Qafqaz və Yaxın Ећərq arxeologiyası üçün böyük əhəmiyyəti var. Son illər bu qədim yaşayış yerinin ətrafında aparılan araşdırmalar zamanı boyalı qablar mədəniyyətinin Naxçıvanla bağlı olmasına aid yeni faktlar üzə çıxıb. Belə faktlardan biri Qız qalası yaşayış yerində zəngin mədəni təbəqənin olması və bu təbəqədən monoxrom və polixrom boyalı qabların aşkar edilməsidir. Artıq böyük bir sahədə Orta Tunc dövrü təbəqəsi aşkarlanıb və həmin dövrə aid yaşayış binalarının qalıqları üzə çıxarılıb. Builki tədqiqatlar zamanı tapılmış ornament və heyvan rəsmləri ilə bəzədilmiş qablar Naxçıvanın Boyalı qablar mədəniyyətinin əsas mərkəzlərindən biri olduğunu, Cənubi Qafqazın, o cümlədən Azərbaycanın digər regionlarına boyalı qabların məhz Naxçıvandan yayıldığını təsdiqləyir.
Qız qalası yaşayış yerində müdafiə divarının aşkar olunması da ən mühüm tapıntılardandır. Çünki indiyədək Cənubi Qafqazın Orta Tunc dövrünə aid yaşayış yerlərində müdafiə divarlarının qalıqlarına rast gəlinməyib. Bu dövrə aid yaşayış yerində qala divarlarının qalıqlarına Naxçıvanda II Kültəpə və Ећahtaxtıda da rast gəlinib. 13 hektar sahəsi olan Qız qalası bu abidələrin üçüncüsü və ərazicə ən böyüyüdür. Daha bir mühüm yenilik isə Orta Tunc dövrünə aid kurqanlardan insan skeletinə aid qalıqların aşkar olunmasıdır. Onların tədqiqi Boyalı qablar mədəniyyətinin mənşəyinin müəyyən edilməsində mühüm rol oynayacaq.
Qeyd olunub ki, Kültəpədə aparılan tədqiqatlar isə Neolit dövrünün sonu – Eneolit dövrünün əvvəlində burada yaşayan insanların həyat tərzinin müəyyənləşdirilməsinə, onların ətraf mühitlə əlaqəsinin tədqiqinə kömək edəcək. Tədqiqat zamanı müəyyən edilib ki, Eneolit dövrü ailə yaşayış yerləri yalnız köçəri maldarlıqla deyil, həmçinin təbii xammalın istismarı ilə də bağlı olub.
Fransa Milli Araşdırmalar Mərkəzinin dosenti Katerina Marro çıxış edərək tədqiqat barədə fikirlərini bildirib.
Hesabat iclasında AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyeva aparılan tədqiqatların bir çox mübahisəli məsələlərə aydınlıq gətirəcəyini vurğulayıb.
Tədqiqatçılar iclas iştirakçılarının suallarını cavablandırıblar.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: