Klinton Trampa "özünü prezident kimi aparmağı" məsləhət görür

19-09-2015, 17:30
875

http://s011.radikal.ru/i317/1509/f4/1246d5e6fded.jpg


ABЕћ Prezidenti vəzifəsinə namizəd Hillari Klinton bildirmişdir ki, onun rəqibi Donald Tramp seçicilərlə görüşü zamanı dövlət başçısı Barak Obamanı müsəlman adlandırmış bir kişinin çıxışını kəsmədiyi üçün üzr istəməlidir. Klinton bütün namizədləri "özlərini prezident kimi aparmağa, hörmət nümayiş etdirməyə və həqiqətin arxasında durmağa" çağırmışdır. Bu barədə "NBC News" xəbər verir.
Hillari Klinton demişdir: "Sarsılmışdım. Özü də bu məsələnin çərçivədən çıxmasından çox onun həqiqətə uyğun olmamasından. Tramp əvvəlcədən bu ritorikadan imtina etməli idi. Seçicinin dedikləri ayrıseçkilik xarakteri daşıyır. Buna isə siyasətdə yer yoxdur".
Bu arada Trampın seçkiqabağı kampaniyasının nümayəndələri Klintonun tənqidinə cavab vermişlər: "Problem ondadır ki, Obama bu ölkədə xristianlara qarşı müharibə aparır. Xristianlara dəstək lazımdır. Onların din azadlığı təhlükə altındadır".
İttihamlara səbəb olmuş hadisə Trampın Nyu Həmpşir ştatındakı Roçester şəhərində seçicilərlə görüşü zamanı baş vermişdir. Görüş zamanı bir kişi demişdir: "Bizim ölkəmizdə problem var. Onun adı "müsəlmanlardır". Bilirsinizmi ki, Prezidentimiz onlardan biridir? Bilin ki, o hətta mənşəcə amerikalı deyil. Onlar bizi öldürməyə hazırlaşmaq üçün daha çox təlim düşərgəsi inşa edirlər. Beləliklə, mənim sualım var: biz onlardan necə yaxa qurtara bilərik?"
Tramp bu suala qeyri-müəyyən cavab vermişdir: "Biz bir çox məsələləri araşdırmalıyıq. Bilirsiniz, bir çoxları pis işlər görüldüyünü danışır. Biz bir çox digər məsələlər kimi bunu da araşdırmalıyıq".
Obamanın müsəlman olması barədə nəzəriyyənin ABЕћ-da bir çox tərəfdarı var. Sorğulara əsasən, amerikalıların 29 faizinin fikrincə, Obama islama etiqad edir. Buna respublikaçıların tərəfdarlarının 54 faizi əmindir. Eləcə də respondentlərin 13 faizi hesab edir ki, Prezident ABЕћ-da anadan olmayıb. Sorğu iştirakçılarının 4 faizi isə Amerika Prezidentinin Keniyada dünyaya gəldiyini güman edir. Əslində isə Barak Obama ABЕћ-ın Havay ştatının Qonolulu şəhərində doğulmuşdur.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: