Məkkədə daha bir faciə

21-09-2015, 11:00
933

http://s017.radikal.ru/i405/1509/7e/3509c0a9f2bf.jpg


Zəvvarlar sayca üçüncü xoş olmayan hadisə ilə qarşılaşırlar.

Səudiyyə Ərəbistanının Məkkə şəhərində davam edən Həcc ziyarəti zamanı daha bir faciə baş verib.

Oxu.Az xəbər verir ki, ANS TV-nin hazırda Məkkədə olan əməkdaşının məlumatına görə, şəhərdə otellərdən birinin yaxınlığında yerləşən qaya parçası uçub və otelin divarını aşırdıb.

Hadisə nəticəsində 2 zəvvar dünyasını dəyişib.

Ölənlər arasında azərbaycanlı zəvvar yoxdur.

Qeyd edək ki, bu, son günlər Məkkədə baş verən üçüncü belə faciədir.

Bundan əvvəl qaldırıcı kranın aşması nəticəsində 107 zəvvar dünyasını dəyişmiş, daha 180 nəfər yaralanmışdı.

Daha sonra isə zəvvarların qaldığı mehmanxanada baş verən yanğın nəticəsində daha 3 nəfər dünyasını dəyişib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: