Mərkəzi Bank zirehli avtomobillər alır

22-09-2015, 13:00
933

http://s017.radikal.ru/i440/1509/51/34478b0abc5d.jpg


AMB məlumat yaydı.

Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pul və qiymətlilərin daşınması ilə əlaqədar inkassasiya və təhlükəsizlik avtomobillərinin satın alınması niyyətindədir.

Bu barədə bank məlumat yayıb.

Bankdan bildirilib ki, tenderdə iştirak etmək üçün iddiaçı aşağıdakı sənədləri təqdim etməlidir:

– Tenderdə iştirak üçün yazılı müraciət (ərizə);

– İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri;

– Tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;

– Tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı;

– İddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti barədə bank arayışı;

– Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafıq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat);

– İddiaçının, son 3 (üç) ildə bu sahədə iş təcrübəsinin olmasını təsdiq edən məlumat (sifarişlər və müştərilərin adı göstərilməklə);

– İki nüsxədə Azərbaycan və ya ingilis dilində tender təklifi (tender təklifi 18 dekabr 2015-ci ilədək qüvvədə olmalıdır);

– Tender təklifinin qiymətinin 1% (bir faizi) məbləğində bank təminatı (Tenderin əsas şərtlər toplusuna əlavə edilən formada);

– Tenderin əsas şərtlər toplusunda iddiaçının ixtisas uyğunluğuna dair tələb olunan digər məlumat.

Bundan başqa, bankdan bildirilib ki, iddiaçılar tenderdə iştirak haqqı kimi AMB hesabına 150 (bir yüz əlli) manat məbləğində vəsait köçürməlidir.

Qeyd edək ki, iddiaçı tender təklifini və tender təklifinin bank təminatını noyabrın 4-ü saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə ikiqat zərfdə, digər tələb olunan sənədləri isə ən geci 26 oktyabr 2015-ci il saat 18:00-a qədər möhürlənmiş, imzalanmış, yazılı surətdə bağlı zərfdə Mərkəzi Bankın Bakı şəhəri, R.Behbudov küçəsi 32 ünvanda yerləşən inzibati binasında əlaqələndirici şəxsə təqdim etməlidir.

Xatırladaq ki, tender proseduru 5 noyabr 15.00-da Azərbaycan Mərkəzi Bankının inzibati binasında (Bakı şəhəri, R.Behbudov küçəsi 32) keçiriləcək.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: