Suyun altına gedən qeyri-adi körpü

22-09-2015, 15:00
863

http://i057.radikal.ru/1509/63/2dd690b1b22c.jpg

Skandinaviyada iki ölkəni - İsveçlə Danimarkanı ayıran Eresun boğazında, su ərazisində tədricən yerin dərinliyində tunelə birləşən 16 km-lik qeyri-adi körpü yerləşir.
Bənzəri olmayan bu körpü-tunel məsafəni paromla müqayisədə daha tez qət etməyə imkan verir. Öz xüsusi quruluşuna görə isə o, adi körpünün inşası zamanı əmələ gələn bir neçə problemi eyni zamanda həll edir.
İki mərtəbəli körpü yolun hər iki tərəfində iki-iki olmaqla ümumilikdə 4 hərəkət zolaqlı avtomagistral və dəmiryolunun yerləşdiyi nəhəng tikilidir. O, süni adada bitir və tədricən yerin altındakı tunelə keçir.
Körpünün belə qeyri-adi quruluşu təyyarələrin paytaxt Kopenhagenin yaxınlığında yerləşən hava limanına enişinə maneə yaradılmaması və gəmilərin Eresun boğazından rahat keçidinin təmin edilməsi məqsədilə seçilib.
Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: