London startaplarına yarım milyard dollar yatırılıb

23-09-2015, 12:30
827

http://s019.radikal.ru/i600/1509/fc/9706731ba09e.jpg


Londonda keçirilən bütün maliyyə texnologiyaları sövdələşmələrinin, o cümlədən birbaşa investisiya və alışların ümumi məbləği 18,4 milyard dollar təşkil edib.

Bu barədə William Garrity Associates konsaltinq şirkətinin məlumatında deyilir.

Silikon Vadi-də çoxlu maliyyə texnologiyaları startaplarının fəaliyyət göstərməsinə baxmayaraq London maliyyə texnologiyaları paytaxtı statusunu qoruyur.

Böyük Britaniya paytaxtında sahənin inkişaf templəri digər texnoloji sahələrin artımını üstələyir.

CB Insights şirkətinin tədqiqatına görə, 2015-ci ilin ilk səkkiz ayında Londonda maliyyə texnologiyalarına yatırılan investisiyaların həcmi 2014-cü ilin ümumi göstəricisini geridə qoyub. Bu startaplara artıq yarım milyard dollar yatırılıb. Ötən il isə sahəyə 487 milyon dollar qoyulub.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: