TUMİB tolerantlıq mövzusunda növbəti tədbirini Yasamalda keçirdi

23-09-2015, 18:00
1 276

http://s011.radikal.ru/i315/1509/d0/620a571a270c.jpg


http://i057.radikal.ru/1509/ee/8cf076c8f975.jpg


"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Tolerantlığın təbliğində vətənpərvər gənclərin rolu" adlı layihəsinin icrasını Zaqatala və Qax şəhərində həyata keçirdikdən sonra növbəti tədbirini Bakı şəhərinin Yasamal rayonunda davam etdi. Layihə çərçivəsində Yasamal rayonunda İsrafil Əbilov adına Mədəniyyət Mərkəzində tədbiri keçirilmişdir. Layihənin məqsədi tolerantlığın təbliği sahəsində 18-29 yaş arası gənclər arasında azərbaycançılıq, milli və dini tolerantlıq, multikulturalizmin təbliği və radikalizmə qarşı ideolojik maarifçilik, zərərli xarici ideologiyaların təsirindən qorunmaları üçün gənclərin maarifləndirilməsi və bu sahədə təbliğat işlərinin aparılması, tolerantlığa, milli və dini dözümlülüyə sahib gənclərin yetişməsinə xidmət etməkdir.
Tədbiri açıq elan edən TUMİB-in sədri Çingiz Bayramovun təklifi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu və iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Çingiz Bayramov Azərbaycan hökumətinin tolerantlıq, multikulturalizm siyasəti, zərərli xarici təriqətlərə qarşı ideoloji mübarizə haqqında məlumat verərək, milli dəyərlərin gənclərə öyrədilməsinin vacibliyindən bəhs etdi. Natiq Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Cavad, H.Cavid kimi milli ziyalıların təbliğinin Azərbaycanda tolerantlığın, milli dəyərlərin mənimsənilməsi üçün faydalı olduğunu bildirdi. O, Ulu öndər Heydər Əliyevin "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır" fikrini qeyd edərək Azərbaycan gənclərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı. Ç.Bayramov Yasamal rayonunun gənclərini Azərbaycanın mədəni inkişafında fəal rol oynamağa dəvət etdi.
Ç.Bayramovdan sonra çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri şöbəsinin sədr müavini Ceyhun Əliyev tarix boyu Azərbaycanda müxtəlif din və mədəniyyət mənsublarının birlikdə yaşama ənənəsi, din-dövlət münasibətləri haqqında məlumat verərək, zərərli xarici sektaların təsirindən qorunmaq üçün milli din xadimlərinin, ziyalıların maarifləndirici əsərlərinin təbliğinin vacibliyindən danışdı. Natiq Azərbaycanda tolerantlıq mühitinin inkişafında gənclərə böyük rol düşdüyünü də bildirdi.
Daha sonra TUMİB-in üzvü və Üsküdar Universitetinin kafedra müdiri dosent Əbülfəz Süleymanov tolerantlıq mövzusunda sosioloji tədqiqatların vacibliyi və Türkiyə Respublikasında, dünyada mövzu ilə əlaqəli aparılan araşdırmalar, təcrübələr haqqında məlumat verdi.
Ə.Süleymanovdan sonra Yasamal rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Rəna Ağayeva iştirakçıları salamlayaraq rayondakı milli, dini, mədəni vəziyyət haqqında məlumat verdi. Natiq yerli sakinlərin Azərbaycan hökumətinin tolerantlıq siyasətindən razı olduğunu bildirdi və bu kimi tədbirlərin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd etdi.
Daha sonra fəal gənc Raida Hüseynova, Azərbaycan Milli Konservatoryasının gənclər təşkilatının sədri və gənc bəstəkar Tural Məmmədli, gənc yazarlar Günel Fərhadqızı və Nigar Duygu, TUMİB-in Türkiyə Respublikasının İsparta şəhəri üzrə təmsilçisi və Süleyman Dəmirəl Universitetinin tələbəsi Günay Məlikova, TUMİB Gənclər Mərkəzinin sədr müavini Samir Pənaliyev, Biznes Universitetinin tələbəsi Mehdili Mehdi, TUMİB-in Mətbuat Xidmətinin rəhbəri Səbinə Novruzzadə çıxış etdilər. Onlar Azərbaycan xalqının tarix boyu tolerantlıq ənənəsindən bəhs edərək gəncləri milli və dini dözümlülüyə sadiq olmağa, milli ideologiyaya sahib çıxmağa, milli ziyalıların əsərlərini oxumağa dəvət etdilər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırıldı və aktiv iştirakçılara diplomlar verildi.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: