MN: Beynəlxalq qurumlar dinc sakinlərin qətlinə biganə qalır

27-09-2015, 15:00
969

http://s018.radikal.ru/i522/1509/9d/15a028781c82.jpg


"Məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

SentyabrIn 26-da axşam saatlarında Ermənistan Silahlı Qüvvələri tərəfindən minaatanlardan da istifadə edilməklə, Ağdam rayonunun cəbhə boyu kəndlərinin atəşə tutulması nəticəsində mülki şəxs Bağırov Bəhram Qaraxan oğlu həlak olub. Ermənilər yaşayış məntəqələrimizi atəşə tutaraq dinc sakinləri qətlə yetirməklə döyüş meydanındakı uğursuzluqlarının əvəzini çıxmağa çalışırlar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"Maraqlıdır ki, belə vəziyyətdə beynəlxalq qurumlar erməni tərəfinin itkilərinə dərhal reaksiya verdiyi halda, nədənsə Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasına və dinc sakinlərinin qətlinə biganə qalır və ermənilərin cinayətlərinə düzgün reaksiya verməyərək göz yumurlar.

Qoşunların təmas xəttində vəziyyətin gərginliyini, mülki əhalinin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunmasını nəzərə alaraq, Silahlı Qüvvələrimiz daha artıq dağıdıcı qüvvəyə malik zərbə vasitələrindən istifadə etməklə qarşı tərəfin hərbi obyektlərinə əvvəlcədən xüsusi xəbərdarlıq olmadan zərbələr endirmək hüququnu özündə saxlayır. Bunun nəticələrinə görə məsuliyyət birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə MN mətbuat xidmətində qeyd edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: