Rusiya təyyarələri "Azərbaycan taboru"nu məhv etdilər

27-09-2015, 18:00
919

http://s019.radikal.ru/i618/1509/11/4db810c8b2b8.jpg


Döyüşlər davam edir.

Rusiya HHQ Suriyanın Hələb şəhərində İЕћİD və Əhrar əş-Ећam döyüşçülərinin mövqelərinə aviazərbələr endirib.

Suriya ordusu yaraqlılara yerdən hücuma keçərkən, Rusiya bombardmançıları terrorçuların Dəyr Hafer şossesindəki mövqelərinə havadan zərbələr endiriblər. Əməliyyat zamanı 140 yaxın yaraqlı öldürülüb. Hələb şəhərində döyüşlər hələ də davam edir.

Ərəb mətbuatı yazır ki, Suriya ordusuna havadan dəstəyi məhz Rusiya HHQ-i göstərir. Nəşrin məlumatına əsasən, Rusiya təyyarələri yüksək dəqiqliklə Hələbin şərqində döyüşçülərin mövqelərini məhv ediblər.

Nəşr həmçinin qeyd edib ki, bu Rusiya tərəfindən 4 ildir ki davam edən Suriya münaqişəsinə ilk hərbi müdaxilədir.

Əməliyyat yerinə yetirildikdən sonra bütün təyyarələr Cableh şəhərindəki aviabazaya qayıdıblar. Hal-hazırda Rusiya aviasiyası Dəməşq, Latakiya və Hama vilayətlərini havadan müdafiə edir.

Suriya ordusunun baş zabiti Rusiya HHQ-nin hücumunun Bəşər Əsədin başçılığı altığında olan Suriya Silahlı Qüvvələri (SAAF) ilə razılaşdırıldığını bildirib.

Onun sözlərinə görə, hücum zamanı komandiri ilə birlikdə "Azərbaycan tabor"u məhv edilib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: