Kitabların elektron təqdimatı keçirilib

28-09-2015, 13:00
745

http://s018.radikal.ru/i516/1509/46/78018fea86d8.jpg


Mərkəzi Elmi Kitabxananın (MEK) bir qrup əməkdaşı Türkmənistanın Aşqabad şəhərində keçirilən X Beynəlxalq kitab sərgi-yarmarkasında və "Kitab tərəqqi və əməkdaşlıq yoludur" adlı beynəlxalq elmi konfransda iştirak edib.

Sərgi-yarmarkada kitabxanaya aid pavilyonda Azərbaycan, rus və ingilis dillərində, yüksək poliqrafik keyfiyyətdə 70-ə yaxın kitab və çap məhsulu, həmçinin videotəqdimat nümayiş etdirilib.

Kitabxananın hazırladığı sərgi stendi və kitabların elektron təqdimatı tədbir iştirakçılarının xüsusi marağına səbəb olub. Sərgidən sonra MEK tərəfindən nümayiş etdirilən kitablar Türkmənistanın dövlət kitabxanalarına hədiyyə edilib.

Tədbirdə MEK-in əməkdaşı Ећərafət İsmayılova müasir informasiya cəmiyyətində kitabxanaların rolu, informasiya cəmiyyətində analitik təhlil və məlumatların çeşidlənməsi, informasiya resurslarının axtarış sistemləri və müasir texnologiyaların tətbiqi ilə bağlı kitabxanaçıların qarşısında duran yeni vəzifələr, kitabxanalar arası inteqrasiya və onun əhəmiyyəti mövzusunda məruzə ilə çıxış edib.


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: