Aqrar Universitetin rektoru qiyabiçi tələbələrlə görüşüb

3-10-2015, 09:30
979

http://s019.radikal.ru/i625/1510/9d/6bc3c89b5c32.jpg


Azərbaycan Dövlət Aqrar Universitetinə bu il qiyabi təhsil almaq üçün qəbul olan 146 tələbə rektor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla görüşüb.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə görüş səmimi və dioloq formasında keçib. Əvvəlcə universitetin rektoru, professor İbrahim Cəfərov təhsil müəssisəsi barədə qiyabiçi tələbələrə geniş məlumat verib. Bildirib ki, Aqrar Universitet tək Azərbaycanda deyil, beynəlxalq aləmdə də tanınan təhsil müəssisədir və burda yaradılan şərait dünya təhsil standartlarına tam cavab verir. Önəmli olan odur ki, indi universitetdə 4 tələbəyə bir kompyuter düşür. Kifayət qədər texniki imkanlara, informasisiya-kommunikasiya vasitələrinə malik təhsil müəssisəsində şəfaflığa ciddi əməl edilir. Qiyabiçilərlə görüş də məhz bu məqsədlə keçirilir.
Görüş zamanı tələbələrə bildirilib ki, həftə sonuna test sualları paylanacaq və imtahanlara hazırlaşmaq üçün elektron kitabxanamızdan isttifadə edə biləcəksiniz
Görüşdə tələbələrin sualları cavablandırılıb, yataqxanaya ehtiyacı olanlar yerlə təmin edilib və yüksək nəticə əldə etmək üçün tövsiyyələr verilib.

Qalib Rəhimli


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: