Aqrar Universitetin rektoru tələbə yataqxanasında olub

3-10-2015, 10:00
926

http://s020.radikal.ru/i701/1510/ab/aab2683e8ec0.jpg


Azərbaycan Dövlət Aqrar Universitetində tələbə-rektorluq münasibətlərinin güclənməsində yataxanada yaşayan tələbərlə günün sonunda dəyirmi masa arxasına toplaşıb səmimi söhbətlər də mühüm rol oynayır. Bu zaman təhsil məsələri ilə yanaşı sosial yaşam qayğıları da müzakirə edilir və ortaya çıxan problemlər yerindəcə həllini tapır.
ADAU-nun mətbuat xidmətindən verilən məlumata görə xaricdən elmi səfərdən qayıdan kimi rektor İbrahim Cəfərov ilk olaraq yataqxanada yaşayan tələbələri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. Önəmli bir də odur ki, bu görüşlərdə struktur rəhbərləri də iştirak edib və hər kəs öz sahəsinə aid sualı yerindəcə cavablandırıb. Rektor İbrahim Cəfərov deyib ki, bu cür görüşlər tələbəyə stimul verir. Onlar daimi olan bu görüşlərdə sərbəst olur və bütün problemlərini dilə gətirirlər. Təbii ki, səmimi söhbətlər onları həm də cəmiyyətin aparıcı qüvvəsi olmağa səfərbər edir. Eyni zamanda tələbə üzərində məsuliyyət hiss edir
İbrahim Cəfərov yataqxanada yaşayan tələbələrin bayramını təbrik edib,onlara ət, çay, qənd və şirniyyat dolu paketlər təqdim edilib.

Qalib Rəhimli


Mənbə: [xfgiven_menbe][xfgiven_menbe]
Oxşar Xəbərlər
Sizin Reklam Burada

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏN İZLƏYİN: